LAYİHƏLƏR

“EC Pro” reallaşdırdığı hər bir layihə ilə dəyər yaradır. Yaşayış komplekslərindən fərdi tikililərə qədər – hər layihəmiz funksionallıq, estetik görünüş və keyfiyyətin harmoniyasını əks etdirir. Aşağıda təqdim etdiyimiz nümunələr uzunmüddətli etimada əsaslanan əməkdaşlığımızın bariz sübutudur

TAMAMLANMIŞ LAYİHƏLƏR

LEVİS LAYİHƏSİ

2023–2025-ci illər ərzində həyata keçirilmiş və müasir memarlıq üslubunu daşıyan yaşayış kompleksidir. Layihə funksionallığı və estetik görünüşü bir araya gətirərək, yüksək keyfiyyət standartlarına uyğun şəkildə inşa olunmuşdur. Hər bir detalda rahatlıq və davamlılıq əsas götürülmüş, müasir tikinti texnologiyalarından istifadə edilmişdir.

A FRAME
LAYİHƏSİ

Təbiətlə harmoniyada dizayn edilmiş bu layihə, funksionallığı və sadəliyi birləşdirərək, estetik və rahat yaşayış mühiti təqdim edir.

PASİFİC LAYİHƏSİ

Bu layihə müasir memarlıq üslubu və funksional yanaşma ilə dizayn edilmiş komfortlu yaşayış məkanıdır. Layihə təbiətlə iç-içə, geniş açıq sahələr və zərif xətlər üzərində qurularaq həm vizual, həm də praktik baxımdan yüksək standartlara cavab verir. Sadəlik və incə detal işləmələri ilə seçilən bu məkan, şəhərdən uzaq, sakit və rahat həyat arzulayanlar üçün ideal seçimdir.

MODERN İNTERYER

Zamansız dizayn prinsiplərinə əsaslanaraq hazırlanmış bu interyer təmir layihəsi, funksionallığı və estetikanı bir araya gətirir. Hər bir detalda müasir tərzə və istifadə rahatlığına önəm verilmiş, işıqlandırma və material seçimi ilə məkanın vizual dəyəri artırılmışdır. Bu layihə, şəhər həyatının dinamikasına uyğun rahat yaşayış sahəsi təqdim edir.

KONTEYNER LAYİHƏSİ

Turizm və istirahət məkanları üçün ideal seçim olan bu konteyner ev layihəsi, müasir və praktiki yanaşmanı özündə birləşdirir. Kompakt dizaynı və çevik quruluşu sayəsində həm estetik, həm də funksional yaşayış məkanı təqdim edir. Asan quraşdırılan və ekoloji cəhətdən səmərəli olan bu evlər, qısa müddətli istirahət zonaları üçün mükəmməl həll yoludur.

BUNGALOV LAYİHƏSİ

Bungalov tipli evlərimiz təbiət qoynunda istirahət və turizm üçün ideal seçimdir. Estetik görünüşü, funksional planlaması və rahat yaşayış şəraiti ilə bu evlər həm fərdi istifadəyə, həm də qonaqlama məqsədli layihələrə mükəmməl şəkildə uyğundur. Müasir tikinti texnologiyaları ilə inşa edilən bungalovlar qısa zamanda qurulur və hər mövsüm istifadəyə tam uyğundur.

Scroll to Top